Azərbaycan futboluTürkiyə

Toral Bayramov “Şaxtyor”a qarşı oynadı?

Azərbaycan millisinin futbolçusu Toral Bayramovun çıxış etdiyi “Bursaspor” növbəti yoxlama matçında qüvvəsini sınayıb.

Aut.az xəbər verir ki, Bursa təmsilçisi evdə Ukrayna çempionu “Şaxtyor” (Donetsk) ilə qarşılaşıb. Arda Turanın baş məşqçisi olduğu Donetsk klubu ilə görüşdə qapılara qol vurulmayıb — 0:0.

Milli komandamızın üzvü Toral Bayramov qarşılaşmaya ilk 11-likdə başlayıb. 25 yaşlı futbolçu 46-cı dəqiqədə Barış Göklə əvəzlənib.

T. Bayramov iyun ayında “Qarabağ”dan “Bursaspor”a transfer olunub. O, 2018-ci ildən Ağdam klubunun şərəfini qoruyurdu.