Tanınmış şərhçi doğma kanala qayıtdı
Tanınmış şərhçi İsmayıl Abdullayev doğma kanalına qayıdıb.
Aut.az-ın məlumatına görə, o, uzun illər çalışdığı “İdman TV”-yə geri dönüb. Abdullayev köhnə-yeni iş yeri ilə müqavilə imzalayıb.
O, həftəsonu İspaniya La Liqasının 35-ci turu çərçivəsində keçiriləcək “Barselona” – “Real” oyununu tanınmış həmkarı Nurlan Hacıyevlə birlikdə şərh edəcək.
Qeyd edək ki, İsmayıl Abdullayev İdman TV (Azərbaycan televiziyası) ilə yanaşı ANS TV, “Neftçi TV”, “CBC Sport”da çalışıb.
Aut.az
