Azərbaycan futboluDünya futbolu

Nəriman Axundzadə oynadı?

Azərbaycan millisinin hücumçusu Nəriman Axundzadənin çıxış etdiyi “Kolumbus Kryu” MLS-də növbəti oyuna çıxıb.

Aut.az xəbər verir ki, sözügedən komanda XVII turda azarkeşləri önündə “Çinçinnati” ilə qarşılaşıb. Matç “Kolumbus Kryu”nun qələbəsiylə başa çatıb – 2:1.

Nəriman bu görüşün iştirakçısı olmayıb. O, sona qədər ehtiyatda qalıb.

Komanda MLS-də 17 turdan sonra 19 xalla 11-ci sıradadır.