Dünya futbolu

Messi yenə də o oyunda olmayacaq – Cəzalanacaq?

Ötən il “İnter Mayami”nin hücumçusu Lionel Messi MLS-in “Ulduzlar Oyunu”nu buraxdığına görə bir oyunluq cəza almışdı .

Aut.az xəbər verir ki, “The Athletic”in məlumatına görə, argentinalı növbəti dəfə oyunu buraxacaq, lakin onun yoxluğu artıq liqa tərəfindən rəsmi olaraq təsdiqlənib.

MLS qaydalarına əsasən, sağlamlığı ilə bağlı səbəb olmadan “Ulduzlar Oyunu”ndan imtina edən hər hansı bir oyunçu bir oyunluq diskvalifikasiya edilə bilər.

Amma bu dəfə Messiyə rəsmi icazə verilib.

Aut.az