Azarkeşlər DÇ-2026-da bu qaydanı bəyənmədi: Venger deyir ki…
“Arsenal”ın sabiq baş məşqçisi Arsen Venger 2026-cı il dünya çempionatında su fasilələri ilə bağlı danışıb.
Dünya Kuboku zamanı hər hissənin ortasında su fasilələri tətbiq olunurdu. Bu tədbir əvvəlcə istiliyin qarşısını almaq üçün nəzərdə tutulmuşdu, lakin azarkeşlər bunu oyunları reklam vasitəsilə kommersiyalaşdırmaq cəhdi kimi tənqid ediblər.
Aut.az xəbər verir ki, “L’Equipe” qəzeti Vengerin sözlərini sitat gətirib:
“Başa düşürəm ki, bəzi insanlar fasilələri bəyənməyiblər. Düşünmürəm ki, onlar nəticələrə təsir edib. Amma biz azarkeşləri dinləməli və buna əsasən nəticə çıxarmalıyıq” .
Venger FİFA -da qlobal inkişaf meneceri vəzifəsini tutur.
Aut.az
