Dünya futboluDünya cempionatı

FİFA bu siyasi mesaja görə Argentinanı cəzalandırmayacaq

Beynəlxalq Futbol Assosiasiyaları Federasiyası (FIFA), Argentina millisinin 2026-cı il Dünya Kubokunun yarımfinalında İngiltərə ilə oyundan (2-1) sonra nümayiş etdirdiyi siyasi bannerlə bağlı araşdırma başladacaq.

Aut.az xəbər verir ki, COPE-nin məlumatına görə, təşkilat turnir bitənə qədər Argentinaya qarşı sanksiyalar tətbiq etməyəcək. Mənbənin məlumatına görə, FİFA-nın siyasi bayraqların, şüarların və simvolların nümayiş etdirilməsinə qoyduğu qadağaya baxmayaraq, Argentina millisi yarışın final oyununda maneəsiz oynayacaq.

İngiltərə ilə oyundan sonra argentinalı oyunçular meydana üzərində “Malvinas adaları Argentinanındır” yazısı olan pankartla çıxarmışdılar.

Aut.az