13 il sonra ölkəsinə qayıtdı
Serbiya millisinin sabiq futbolçusu Adem Lyayiçin yeni ünvanı məlum olub.
Aut.az xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi ölkəsinin “Novi Pazar” komandasına keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
“Partizan”ın yetirməsi olan Adem 2010-cu ildə “Fiorentina”ya keçib. Bundan sonra “Roma”, “İnter”, “Torino”, “Beşiktaş”, “Karagümrük” kimi klublarda forma geyinən yarımmüdafiəçi 13 il sonra ölkəsinə qayıdıb.
Lyayiç Serbiya yığmasında 47 oyunda 9 qol vurub.
