Azərbaycan futbolu

Ayaz Quliyev Azərbaycan yığmasına dəvət olunacaq? – Rəsmi açıqlama

“Sabah”ın yeni transferi Ayaz Quliyevin Azərbaycan vətəndaşlığı aldığı barədə məlumat vermişdik. Maraqlıdır, bu məsələ həllini tapıbsa, ayaz Azərbaycan yığmasına dəvət ediləcək? Aut.az xəbər verir ki, bu barədə Publika.az-a danışan AFFA-nın mətbuat xidmətinin rəhbəri Elnur Məmmədli bildirib ki, 26 yaşlı yarımmüdafiəçinin Azərbaycan millisində çıxış edə bilməsi üçün FİFA lazım olan sənədləri təsdiqləməlidir:

“Ayaz Quliyev artıq Azərbaycan vətəndaşıdır. Qalıb futbol vətəndaşlığını dəyişməklə bağlı FİFA-dan razılıq almaq. Bundan sonrası isə milli komandanın baş məşqçisinin qərarıdır. Təsdiqdən sonra istədiyi vaxt milli komandaya dəvət edə bilər.

Qeyd edək ki, Ayaz Quliyev Azərbaycan əsilli olsa da, 1996-cı ilin noyabrın 27-də Moskvada dünyaya gəlib. Müxtəlif illərdə Rusiyanın U-16, U-17, U-18, U-19 və U-21 millilərində oynayıb. Yarımmüdafiəçi bu ilin avqustun 28-də “Sabah”la 3 illik müqavilə imzalayıb. Bundan sonra Azərbaycan vətəndaşlığı almaq üçün AFFA və aiddiyyəti orqanlara müraciət edib.