“Qarabağ”ın prezidenti: “Çalışacağıq ki, yenə Avropanı təəccübləndirək”
UEFA Avropa Liqasının 1/8 final mərhələsinin püşkü atılıb. “Qarabağ” bu mərhələdə Almaniyanın “Bayer” komandası ilə qarşılaşacaq.
Aut.az xəbər verir ki, Ağdam təmsilçisinin prezidenti Tahir Gözəl püşkün nəticəsini dəyərləndirib:
“Sona “Slavya” və “Bayer” qalanda ümid edirdim ki, rəqibimiz “Slavya” olacaq. Çox güclü rəqibimiz var. Rekordları üst-üstə qıran komanda ilə qarşılaşacağıq. Bu mövsüm mükəmməl çıxış edirlər. Çətin oyun olacaq. Lakin ən azı biz onları, onlar bizi tanıyır. “Qarabağ”ın dünənki qələbəsi bizi ruhlandırır. Onlara qarşı yüksək səviyyədə çıxış edəcəyik. Çalışacağıq ki, yenə Avropanı təəccübləndirək”.
Bu mərhələnin ilk oyunları martın 7-də, cavab görüşləri isə 1 həftə sonra keçiriləcək. “Qarabağ” ilk matçını Bakıda oynayacaq.
