Azərbaycan futbolu

“Səbail”də daha bir yeni müqavilə

2023/24 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Səbail” PFK daha bir futbolçu ilə müqaviləni yeniləyib.

Aut.az xəbər verir ki, yarımmüdafiəçi Samir Abdullayevlə 1 illik anlaşma əldə olunub.

Azərbaycanın U-21 milli komandasının üzvü 2022-ci ildən “dənizçilər”in formasını geyinir.