Formula 1 köhnə sistemə qayıdır?
Beynəlxalq Avtomobil Federasiyasının (FIA) prezidenti Məhəmməd bin Sulayem Formula 1 yarışlarına yanacaqdoldurma sisteminin qaytarılması ilə bağlı açıqlama verib.
Aut.az xəbər verir ki, “Reuters” bin Sulayemdən sitat gətirib:
“Hazırda yanacaqdoldurma sisteminin yenidən tətbiq edilməsi ehtimalını öyrənirik. Düzgün həyata keçirilərsə, heç bir təhlükəsizlik narahatlığı yoxdur. Ona görə də bunu öyrənirik. Hələ ki, heç nə edilməyib.
Davamlı yanacaqla doldurma və elektrikləşdirmə. Elektrikləşdirməni 10%-dən çox artırmağı düşünə bilərik. Biz hələ də müzakirəyə açığıq”.
Yarışlar zamanı Formula 1 avtomobillərinin yanacaq doldurulması 2010-cu il mövsümündən etibarən qadağan edilib. Bu qərar FIA Dünya Şurası tərəfindən 2009-cu ildə komandaların avadanlıq daşınması xərclərini azaltmaq və təhlükəsizliyi artırmaq üçün qəbul edilib.
Aut.az
