Cəzası açıqlandı: Ruandaya göndərirlər
Dördqat Formula 1 dünya çempionu Maks Ferstappen sentyabrın 19-da sürücülərin görüşündə nalayiq ifadələr işlətdiyinə görə FIA tərəfindən ictimai işlərə məhkum edilib.
Aut.az xəbər verir ki, O, gənclərin avtoidmanının inkişafı proqramı çərçivəsində cəzasını Kiqalidə (Ruanda) çəkəcək.
“Verstappen Kiqalidə keçiriləcək FIA-nın mükafatlandırma mərasimində iştirak edəcək və eyni zamanda gənc sürücülər üçün təlimlər keçirəcək. Bu, yerli avtomobil klubunun təşəbbüsünün bir hissəsidir”, – deyə FİA-nın açıqlamasında bildirilir.
Qeyd edək ki, niderlandlı pilot ardıcıl dördüncü mövsümd çempion kimi başa vurub.
Aut.az
