İngiltərə ondan danışır, qızlarım onu çox sevirlər – Nevill kimi deyir?
İngiltərə millisinin keçmiş müdafiəçisi Qari Nevill Dünya Kubokunun 1/4 finalında Norveçıə oyunda (2-1) Cud Bellinqemin performansını yüksək qiymətləndirib.
23 yaşlı yarımmüdafiəçi iki qol vurub.
Aut.az xəbər verir ki, Nevill Belliqemin DÇ-2026-da özünün sübut etdiyini bildirib:
“Dünya Kubokundan əvvəl şübhələr var idi – baxmayaraq ki, düzünü desəm, ITV-də hərbirimiz əmin idik ki, Rocers və Bellinqem arasında seçim etməyə dəyməz. Biz həmişə Cudu super ulduz hesab edirdik. Amma ən böyük turnirdə bunu sübut etmək lazım idi.
Qızlarımın 16 və 17 yaşı var, onlar futbolu sevirlər və Bellinqemi çox sevirlər. O, onlar üçün əsl qəhrəmandır. İngiltərədəki hər bir uşaq hazırda Dünya Kubokunu izləyir və Cud Bellinqem olmağı xəyal edir.
Onun turnirdə möhtəşəm çıxışı var. Düzünü desəm, bu cür çıxış məni heyrətləndirir. Heç bir ingilis oyunçusunun milli komandasının böyük turnirdəki çıxışına bu qədər böyük təsir göstərdiyini xatırlamıram. Pol Qaskoynu Avro-1996-da, Ueyn Runini Avro-2004-də, Maykl Oueni isə 1998-ci il Dünya Kubokunda görmüşəm. Hamısının şahidi olmuşam, amma heç vaxt belə bir şey görməmişəm. Bu, tamamilə müstəsna haldır.
Hər bir böyük oyunçunun karyerasında elə bir an gəlir ki, onlar ən böyük səhnədə özlərini sübut etməli olurlar. Onların irsini məhz bu müəyyən edir. Həqiqətən də böyük futbolçular belə dünyaya gəlir. Cud indi onun vaxtının gəldiyini başa düşdü. Hamı onun həqiqətən dünya səviyyəli olub-olmadığını müzakirə edirdi. Turnirdən əvvəl düşünürdüm ki, Harri Keyn komandamızdakı yeganə dünya səviyyəli oyunçudur və Bellinqemlə Deklan Rays hələ son addımı atmayıblar. Cud bu addımı atdı.
O, dünya futbolunun zirvəsinə yüksəlib. İndi planetin ən yaxşı mərkəz yarımmüdafiəçisinə şahidlik edirik. Və bu, təkcə onun qolları ilə bağlı deyil. Meydanda etdiyi hər şey onu həqiqətən mükəmməl bir futbolçu edir.
O, İngiltərə komandasının ulduz oyunçusudur. Və bunun vəziyyəti nə qədər dəyişdirdiyini başa düşməlisiniz. Onun möhtəşəm Dünya Kuboku var: altı qol, həm hücumda, həm də müdafiədə inanılmaz oyun. Harri Keynin verdiyi böyük dəstəyə baxmayaraq, o, demək olar ki, təkbaşına komandanı yarımfinala çıxardı və bunu da unutmaq olmaz.
Çərşənbə günü Argentina ilə oyunumuz var. Bu, pley-offdur və hər şey ola bilər. Amma hələlik, gördüklərimizdən zövq almalıyıq”, – Nevill deyib.
Aut.az
