Poqba əmindir: DÇ-nin qalibi bu komanda olacaq
Pol Poqba Fransa millisinin 2026-cı il dünya çempionatını qazanmağa əsas namizəd olduğunu açıqlayıb.
Aut.az xəbər verir ki, “Marca” qəzeti Poqbanın sözlərini sitat gətirib:
“Şəxsən mən düşünürəm ki, Fransa bu Dünya Kubokunda ən güclü komandadır. Onlar favoritdirlər və qalib gələcəklər”.
2018-ci il Dünya Kubokunun çempionu olan Poqba Fransa millisində 91 oyun keçirib və 11 qol vurub. 2022-ci ildə Qətərdə keçirilən turnirdə fransızlar finala yüksəlib və orada Argentinaya penaltilərdə məğlub olublar. Didye Deşamın hazırkı heyətində Kilian Mbappe, Usman Dembélé və digər ulduzlar yer alır ki, bu da Fransanı favoritlərdən birinə çevirir.
Aut.az
