DÇ-2026-ya “Real” damğa vurdu – Rekord qırıldı
“Real”ın oyunçuları Dünya Kubokunda təkcə bir klubun heyətində vurulan qolların sayına görə rekord müəyyənləşdiriblər.
Aut.az xəbər verir ki, bu barədə “Real Madrid”in mətbuat xidməti bildirib.
“Real Madrid” oyunçuları cari Dünya Kubokunda 19 qol vurublar: Kilian Mbappe (8), Cud Bellinqam (6), Vinisius (4) və Arda Gülər (1).
Əvvəlki rekord 18 qol idi və 1954-cü ildə Macarıstanın “Honved”, 2014-cü ildə Almaniyanın “Bayern” və 2022-ci ildə Fransanın PSJ komandalarına məxsus idi.
Aut.az
