Qaydasız döyüş

Makqreqorun cəmi 1 dəqiqəlik döyüşü – UFC rekord gəlir əldə etdi

UFC tək bir tədbir üçün bilet satışından əldə edilən gəlir üzrə yeni rekord müəyyənləşdirib.

Las-Veqasda UFC 329 turnirində əsas döyüş Konor Makqreqorun iştirakı ilə baş tutub.

Aut.az xəbər verir ki, UFC prezidenti Deyn Uaytın açıqlamasına görə, gəlir 26,4 milyon dollar təşkil edib.

Əvvəlki rekord “Sfera” arenasında keçirilən UFC 306 turnirinə məxsus idi və bu turnir promosyon üçün 22 milyon qazanc gətirmişdi.

UFC 329 turniri “T-Mobile Arena”da baş tutub və tribunalarda 20.076 azarkeş olub.

Aut.az