UFC-də sistem dəyişir: Uayt Zukerberqlə nəyi müzakirə edib?
UFC prezidenti Deyn Uayt gələn il promosyonun döyüş reytinq sistemini dəyişdirməyi planlaşdırdığını açıqlayıb.
Aut.az xəbər verir ki, o, bu barədə amerikalı media maqnatı Mark Zukerberqlə danışıb.
Son vaxtlar UFC rəhbəri 2013-cü ildə reytinqlərin tətbiqindən sonra qüvvədə olan döyüşçülərin sıralanmasının mövcud sistemindən narazılığını getdikcə daha çox ifadə edir.
“Davam edə bilərdim, amma etməyəcəyəm. Məhz bu həftə biz bu problemi həll etmək üçün görüşlər keçirdik. Mən Mark Zukerberqlə də süni intellekt haqqında danışdım.
Reytinqləri düzəldəcəm. 2025-ci ildə biz bu istiqamətdə bir çox ciddi addımlar atmağa hazırlaşırıq”, – Uayt TNT Sports-a müsahibəsində deyib.
Aut.az
