Amerikalı ulduz gürcünü Həbibdən də üstün tutur
Amerikalı UFC ulduzu Şon O’Malli gürcü İliya Topuriyanın titul döyüşündə amerikalı Castin Qetceyə məğlub olmasına münasibət bildirib.
15 iyunda Ağ Evdə keçirilən döyüşdə Topuriya dördüncü raundda Qetceyə nokautla məğlub oldu və UFC yüngül çəki çempionluğunu itirdi.
Aut.az xəbər verir ki, O’Malley “MMA Guru”ya verdiyi müsahibədə bildirib:
“Castin sadəcə Topuriyanın üzünü sındırdı və onu zehni olaraq da məhv etdi. İlya hazırda xəstəxanadadır və bir müddət orada qalacaq. Bu, indiyə qədər gördüyüm ən inanılmaz dərəcədə ilhamverici çıxışlardan biri idi.
Castin ən böyük döyüşçünü məğlub etdi. Mən Topuriyanın bütün dövrlərin ən böyük döyüşçüsü olduğunu dedim. İliyanı Həbib Nurməhəmmədov və Con Consdan üstün tuturam. Əlbəttə ki, o, hələ də yaxşıdır. Amma, dostum, onun aurası yoxa çıxıb, bu, dəlilikdir”.
Aut.az
