Qayıtdı: Ağ Evdə döyüşmək üçün
UFC-nin sabiq ikiqat çempionu, irlandiyalı Konor Makqreqor liqanın döyüşçülərin qadağan olunmuş maddələrin yoxlanılması hovuzuna qayıtdığını bildirib.
Aut.az xəbər verir ki, Konor döyüşünü 2026-cı ilin 4 iyulunda Ağ Evdə baş tutacaq turnirdə keçirəcəyini açıqlayıb.
“Mən hovuza qayıtdım. Hazır olun. Zərər vurulacaq. Oval Ofis. Ağ Evin qazonu”, – deyə Makqreqor “X” hesabında yazıb.
Konor Makqreqorun 37 yaşı var. İrlandiyalı UFC 264 turnirində birinci raundda yüngül çəkidə müvəqqəti UFC titulunun keçmiş sahibi, amerikalı Dastin Poryeyə texniki nokautla (ayaq zədəsi) uduzduğu 2021-ci ilin iyulundan bəri döyüşmür. Ümumilikdə onun peşəkar karyerasında 22 qələbə və 6 məğlubiyyət var.
Aut.az
