Qaydasız döyüş

Gürcü döyüşçü UFC-dən qovuldu

Gürcüstan əsilli Quram Kutateladze aktiv UFC döyüşçüləri siyahısından çıxarılıb.

Aut.az xəbər verir ki, bu barədə “Borrachinha Depot” məlumat yayıb.

İsveçi təmsil edən Kutateladze yüngül çəki dərəcəsində mübarizə aparır.

Quramın son döyüşü mart ayında Londonda keçirilən turnirdə baş tutub və o, yekdil qərarla braziliyalı Kaue Fernandesə uduzub.

33 yaşlı Kutateladzenin karyerasında 13 qələbə və 5 məğlubiyyət var.

Aut.az