Çempionlar Liqası

PSJ Londondan qələbə ilə qayıdır

Bu gün UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinə start verilib.

Aut.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub. Diqqətlər Londona yönəlib.

1/4 finalda turnirin son qalibi “Real”ı mübarizədən kənarlaşdıran “Arsenal” bu mövsüm əla formada olan PSJ-ni qəbul edib.

Görüşün taleyini bir qol həll edib. Görüşün dördüncü dəqiqəsində Xviça Kvaratsxeliyanın məhsuldar ötürməsini qola çevirən Usman Dembele matçın ilk qol və sonuncu qolunun müəllifi olub.

Qeyd edək ki, komandalar arasında cavab oyunu mayın 7-də Parisdə keçiriləcək.

UEFA Çempionlar Liqası: 1/2 final, ilk oyun
29 aprel
23:00 Arsenal – PSJ 0:1

Qol: Usman Dembele, 4.
Baş hakim: Slavko Vinçiç
London. “Emireyts” stadionu.