Dünya cempionatıDünya futbolu

Yeni molyuska növünə onun adı verildi

Yeni bir molyuska növünə Kabo-Verde millisinin və 2026-cı il Dünya Kubokunun ulduzu Josimar Vozinyanın şərəfinə ad verilib.

Aut.az xəbər verir i, bu barədə “The Athletic” məlumat yayıb.

Mənbənin məlumatına görə, ispan tədqiqatçısı Xesus Ortea qırmızı rəngli dəniz ilbizinin yeni növünə Vozinyanın adını verib. Ortea ilbizi üç il əvvəl Kuba sahillərində aparılan tədqiqatlar zamanı aşkar edib.

Professor Ortea daha əvvəl 2019-cu ildə yeni bir molyuska növünə kosta-rikalı qapıçı Keylor Navasın adını vermişdi.

Xatırladaq ki, Kabo-Verde millisi 2026-cı il dünya çempionatında keçirdiyi dörd oyundan heç birində uduzmayıb, 1/16 finalda Argentina millisinə yalnız əlavə vaxtda məğlub olub.

Aut.az