Dünya futbolu

Dövrün ən yaxşı braziliyalı futbolçuları kimlərdir? – Siyahı açıqlandı

Britaniyanın məşhur “GiveMeSport” portalı hazırda çıxış edən ən yaxşı braziliyalı futbolçuların reytinqini dərc edib.

Aut.az xəbər verir ki, siyahının birinci yeri pilləsində 2024-cü ildə “Qızıl top”un əsas favoritlərindən biri olan “Real”ın cinah oyunçusu Vinisius Junior qərarlaşıb.

Onun ən yaxın izləyicisi “Liverpul” ulduz qapıçısı Alisson Bekker olub. Reytinqdə “üçlüy”ü 2024/2025 mövsümünün əsas kəşflərindən biri – “Barselona”nın cinah oyunçusu Rafinya tamamlayıb.

Siyahıda dördüncü yeri “Real”ın futbolçusu Rodriqo, beşinci yeri isə Braziliya milli komandasının tarixinin ən yaxşı bombardiri olan Neymar tutur.

Aut.az

Dövrün ən yaxşı braziliyalı futbolçuları kimlərdir? - Siyahı açıqlandı