Dünya futbolu

Dünya ölkələrində futbolun sponsorları: Bukmekerlər, avtomobil sektoru, həmkarlar ittifaqı…

“iGaming Brazil” şirkətinin araşdırmasına görə, idman mərcləri sektoru futbol turnirlərinin əsas sponsoruna çevrilib.

Aut.az xəbər verir ki, təhlil edilən 100 çempionatdan 26-da bukmeker şirkətlərinin titul tərəfdaşı olduğu müəyyən edilib.

Tədqiqat futbol turnirlərinin gəlirliliyi, FİFA milli komandalarının reytinqləri və qitə federasiyaları tərəfindən klubların reytinqləri əsasında seçilmiş 100 ölkəni əhatə edib. Bundan əlavə, bir neçə federasiya təsadüfi seçilib.

Araşdırma nəticəsində aşağıdakı hesabat ortaya çıxıb:

24 – bukmeker şirkətləri;

13.5 – maliyyə sektorundakı şirkətlər (yuvarlaq rəqəm Paraqvayda iki şirkətin futbol çempionatının tərəfdaşı olması ilə əlaqədardır);

12.5 – telekommunikasiya sektorundakı şirkətlər;

6 – istehlak malları istehsalçıları;

5 – pərakəndə satış sektoru;

3 – rabitə sektorundakı şirkətlər;

3 – texnologiya şirkətləri;

2 – avtomobil sektoru;

2 – neft-qaz sektoru;

2 – daşınmaz əmlak sektoru;

1 – həmkarlar ittifaqı.

Daha 24 turnirin digər sahələrdən olan şirkətlərlə tərəfdaşlığı var və ya onların titul tərəfdaşları ümumiyyətlə yoxdur.

Qeyd edək ki, Azərbaycan çempionatının da sponsoru idman mərc oyunları şirkətidir.

Aut.az