Qaydasız döyüş

Tbilisidə Nurməhəmmədova görə Merabla Əhməd arasında dava düşdü – VİDEO

Keçmiş UFC çempionu Merab Dvalişvili iyulun 11-də Tbilisidə keçiriləcək RAF turnirindən əvvəl dava salıb.

Aut.az xəbər verir ki, mətbuat konfransı zamanı Dvalişviliyə Umar Nurməhəmmədovla mümkün güləş görüşü barədə sual verilib. Gürcü döyüşçüsü cavab olaraq “Bu adam cəhənnəm olsun” deyib.

“ MMA.Metaratings.ru” saytının məlumatına görə,  mətbuat konfransından sonra güləş üzrə Dünya Çempionatının bürünc medalçısı Əhməd Qadzimaqomedov Dvalişviliyə yaxınlaşıb və ondan niyə Umar Nurməhəmmədov haqqında bu cür şərhlər verdiyini soruşub. Daha sonra Dvalişvili Qadzimaqomedova yumruq vurub və nəticədə dava düşüb.

Aut.az