Qaydasız döyüş

O kimdir? – Usmandan Bilalın çağırışına cavab

Yarımorta çəkidə keçmiş UFC çempionu Kamaru Usman Xoakin Bakli üzərində qələbədən sonra jurnalistlərin bu divizionda digər keçmiş çempion Belal Məhəmmədə qarşı potensial döyüşü ilə bağlı suallarını cavablandırıb.

Aut.az xəbər verir ki, Usman döyüşdən sonrakı mətbuat konfransında “Belal Məhəmməd? O kimdir? Gəlin davam edək” deyib.

Xatırladaq ki, Usman iyunun 14-dən 15-nə keçən gecə Atlantada (ABŞ) baş tutan UFC on ESPN 69 turnirinin əsas döyüşündə yekdil qərarla Baklini məğlub edib.

Bu qələbə ilə Usman, demək olar ki, iki illik fəaliyyətsizlikdən sonra səkkizbucaqlıya qayıdaraq, üç məğlubiyyət seriyasını qırıb.

Aut.az