Dünya futbolu

Salah üçün seçim zamanı gəldi – Hansı ölkəyə gedəcək?

“Liverpul”dan ayrıldıqdan sonra azad agent olan Məhəmməd Salah Misir yığması DÇ-də mübarizəni dayandırdıqdan sonra karyerasını davam etdirmək üçün variantları qiymətləndirəcək.

Aut.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano bildirib. Onun sözlərinə görə, Səudiyyə Ərəbistanı Pro Liqası və MLS klubları 34 yaşlı misirli futbolçu ilə maraqlanıblar.

Salah “Liverpul”da doqquz mövsüm keçirib, komanda ilə Çempionlar Liqası, Premyer Liqa, FA Kuboku və UEFA Super Kubokunu qazanıb. Misirli futbolçu ötən mövsüm 41 oyun keçirib, 12 qol vurub və 10 məhsuldar ötürmə edib. Misir millisi 2026-cı il Dünya Kubokundakı iştirakını 1/8 finalda Argentinaya 2:3 hesabı ilə məğlub olduqduan sonra başa vurub.

Aut.az