Neymar ağlayaraq elan etdi: Milli karyera bitdi
Braziliyanın 2026-cı il Dünya Kubokundan kənarlaşdırılmasından sonra Neymar milli komandadan ayrıldığını açıqlayıb.
Aut.az xəbər verir ki, Norveçə məğlubiyyətdən sonra göz yaşlarına boğulmuş Neymar deyib:
“Çalışdım. Çalışdım… Elə burada, bu stadionda başladım və burada da bitirirəm. Bitdi”.
34 yaşlı Neymar Braziliya millisinin bütün zamanların ən çox qol vuran oyunçusudur. O, 130 matçda 80 qol vurub, 59 məhsuldar ötürmə edib.
Aut.az
