Dünya futboluDünya cempionatı

DÇ-də rüsvayçılıq: Onun cəzası Trapın təzyiqi ilə ləğv edilib

Ağ Ev ABŞ milli komandasının hücumçusu Folarin Baloqunun qırmızı vərəqəsini ləğv etməsi üçün FIFA prezidenti Canni İnfantinoya müraciət edib.

Aut.az xəbər verir ki, bu barədə “Give Me Sport”un jurnalisti Ben Ceykobs məlumat yayıb.

25 yaşlı hücumçu 1/8 final mərhələsinin Bosniya və Herseqovina ilə oyununda (2-0) müdafiəçi Tarik Muharemoviçə qarşı kobudluğa görə birbaşa qırmızı vərəqə almışdı. İyulun 5-də futbolçunun cəzasının ləğv edildiyi bildirildi.

Mənbənin məlumatına görə, FİFA nümayəndələri Ağ Evin apellyasiyanın qərara təsir etmədiyində israr edirlər.

Lakin ABŞ prezidenti Donald Tramp təşkilata təşəkkür edib.

Dövlət başçısı sosial media hesabında yazıb: “Düzgün və ədalətli hərəkət etdiyiniz üçün FİFA-ya təşəkkür edirəm! Prezident Donald Tramp”.

Futbolçunun cəzasının Trapmpın təzyiqi ilə ləğv edilməsi rüsvayçılıqdır. Bu o deməkdir ki, DÇ-də bərabər, sağlam rəqabət mühiti yoxdur.

Aut.az