Donnarummanın əl-qolunu bağlayaraq qaçırdılar: Parisdə dəhşət
PSJ-nin qapıçısı Canluici Donnarumma və sevgilisi Parisdəki evlərində amansız oğurluğun qurbanı olublar.
Aut.az xəbər verir ki, bu barədə “Actu17” məlumat yayıb.
Mənbənin sözlərinə görə, oğurluq iyulun 20-dən 21-nə keçən gecə baş verib. Donnarumma və sevgilisi Parisin səkkizinci rayonundakı evlərində olublar. Onlar oğruların zorakı hərəkətlərinə məruz qalıblar.
Qarətçilər Donnarumma və sevgilisinin əl-qolunu bağlayaraq qaçırıblar. Lakin sonra onlar qaçaraq səhər saat üç radələrində evlərinin yaxınlığında yerləşən otellərdən birinə sığınmağı bacardılar. Otel işçiləri polis çağıraraq şok vəziyyətində olan cütlüyün qayğısına qalıblar.
Donnarumma və sevgilisi xəstəxanaya aparılıb. Banditizmlə mübarizə briqadası istintaqa cəlb edilib.
