Həbibdən Mərakeşin qələbəsinə reaksiya
Keçmiş UFC çempionu Həbib Nurməhəmmədov 2026-cı il Dünya Çempionatının 1/8 finalında Mərakeşin Kanada üzərində 3:0 hesablı qələbəsinə münasibət bildirib.
Aut.az xəbər verir ki, Nurməhəmmədov “Telegram” kanalında yazıb:
“Mərakeş sürət yığır. Onlar çox yaxşı komandadır və Fransaya qarşı necə çıxış edəcəklərini görmək maraqlı olacaq. Məhz o zaman onların əsl səviyyəsi bəlli olacaq”.
Dünya Kubokunun 1/4 finalında Mərakeş millisi Paraqvaydan güclü olan Fransa ilə qarşılaşacaq.
Aut.az
