Dünya futboluDünya cempionatı

Braziliya millisində qeyri-müəyyənlik: Neymarın zədəsi ciddidir?

Braziliya Futbol Konfederasiyası (CBF) hesab edir ki, millinin hücumçusu Neymarın zədəsi “Santos”un açıqladığı qədər yüngül olmaya bilər.

Aut.az xəbər veirr ki, bu barədə ESPN məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, CBF-də 34 yaşlı futbolçunun sağlamlıq durumu ilə bağlı dəqiq məlumatların təqdim olunmamasından narazılıq var. Qeyd olunur ki, Neymarın dünya çempionatı öncəsi keçiriləcək Panama ilə mayın 31-də və Misirlə iyunun 5-də baş tutacaq yoldaşlıq görüşlərində iştirakı çox aşağı ehtimalla mümkündür.

Bundan əlavə, Karlo Ançelottinin məşqçilər korpusu futbolçunun fiziki durumunun dünya çempionatının qrup mərhələsinin ilk turunda Mərakeşə qarşı iyunun 14-də keçiriləcək matçda oynamağa imkan verib-verməyəcəyini də müzakirə edəcək.

Xatırladaq ki, “Santos” Neymarın sağ baldır nahiyəsində yüngül ödem aşkarlandığını və bərpa prosesinin qısa çəkəcəyini açıqlayıb.