“Yəhudilər üçün qara gün” istəyən futbolçuya bu cəza verildi
Sosial şəbəkələrdə “yəhudilər üçün qara gün” çağırışı edən videonu yayımladığı üçün “Nitsa”nın futbolçusu Yusef Atal 7 oyunluq cəzalandırılıb .
Aut.az xəbər verir ki, bu barədə Fransa Liqa 1-in rəsmi saytı məlumat yayıb.
Belə ki, əlcəzairli dekabrın ortalarına kimi oynamayacaq.
Atal daha əvvəl sosial şəbəkələrdə yayımladığı İsrail və Qəzza zolağındakı münaqişələr fonunda “yəhudilər üçün qara gün” çağırış edən bir təbliğçinin mübahisəli videosuna görə üzr istəyib.
Aut.az
