Dünya cempionatı

Zidan Fransanın DÇ-2026-dakı ilk oyununu izləməyəcək: Səbəbi görün nə imiş

Fransa millisinin əfsanəvi futbolçusu və “Real”ın sabiq baş məşqçisi Zinəddin Zidan 2026-cı il dünya çempionatının ölkəsinin yığmasının Seneqala qarşı keçirəcəyi ilk qrup oyununda iştirak etməyəcək.

Aut.az xəbər verir ki, bunun əvəzinə Zidan Əlcəzair və Argentina komandalarının qarşılaşmasını stadiondan izləyəcək. Bu barədə “L’Équipe” məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, Zidan Əlcəzair millisində çıxış edən oğlu Luka Zidanın oyununu yerində izləmək istəyir.

Aut.az