Dünya cempionatı

Bu iki ölkənin azarkeşlərini DÇ-yə buraxmadılar

İki Afrika milli komandasının futbol azarkeşləri Dünya Kuboku oyunlarında öz milli komandalarını dəstəkləyə bilməyəcəklər.

Aut.az xəbər verir ki, bu barədə “L’Equipe” qəzeti məlumat yayıb.

Sözügedən azarkeşlər Fil Dişi Sahili və Seneqaldandır. Onlara viza verilməyib.

Qeyd olunub ki, turnirə Afrikadan təxminən 500 Fil Dişi Sahili və Seneqal azarkeşinin getməsi planlaşdırılırdı, lakin bu, baş verməyəcək. ABŞ dövlət katibi Marko Rubio əvvəllər “matça bileti ABŞ-a viza deyil” demişdi.

Fil Dişi Sahili komandası turnirdə E qrupunda mübarizə aparacaq. Onların rəqibləri Almaniya, Ekvador və Kyurasao olacaq.

Seneqal millisi I qrupunda Fransa, Norveç və İraqla qarşılaşacaq.

Aut.az