“Qarabağ”dan növbəti transfer – RƏSMİ
“Qarabağ” daha bir futbolçunun keçidini həll edib.
Aut.az xəbər verir ki, Azərbaycan klubu Bense Varkonyinin transferini açıqlayıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Ağdam təmsilçisi “Zalaeqerseq”dən (Macarıstan) transfer etdiyi 24 yaşlı mərkəz müdafiəçisinin müqaviləsinin detalları hələlik bəlli deyil.
Bense 2024-cü ildən “Zalaeqerseq”də çıxış edib.
