Həyat yoldaşı Levandovskinin ABŞ klubu ilə anlaşması haqda: Dəhşətə gəlmişəm
Robert Levandovski bu yaxınlarda Amerikanın “Çikaqo Fayr” klubu ilə müqavilə imzalayıb.
Futbolçu ABŞ-a köçəcək və növbəti iki mövsüm orada oynayacaq. Lakin polşalı hücumçunun həyat yoldaşı Anna Levandovski ailəsinin həyatında baş verəcək dəyişikliklərdən o qədər də məmnun deyil.
Aut.az xəbər verir ki, hücumçunun həyat yoldaşı sosial mediada yazıb:
“Qarşıda böyük dəyişikliklər var, Çikaqoya köçmək. Sevinməli olsam da, hazırda dəhşətə gəlmişəm. Barselona mənim evim və sığınacağım oldu və mən onu bütün qəlbimlə sevməyə başladım. Yenidən yığışdırmaq, tikdiyim şeyləri atmaq və hər şeyə yenidən başlamaq fikri sadəcə dəhşətlidir”.
Anna həmçinin əlavə edib ki, peşəkar futbolçunun həyat yoldaşı olmaq təkcə lüks deyil, həm də ailə borcudur.
37 yaşlı polşalı futbolçu son dörd mövsüm “Barselona”da oynayıb. Bundan əvvəl Levandovski “Bayern”, “Borussiya Dortmund” və digər klublarda oynayıb.
Aut.az
