Vəd verdi: Super Liqa pulsuz olacaq, özü də həmişəlik
Avropa Super Liqasının baş katibi Anas Laqrari əmin edir ki, Çempionlar Liqası və UEFA-nın digər turnirlərindən fərqli olaraq, turnirin oyunlarını izləmək həmişə pulsuz olacaq.
“Futbolu izləmək üçün İspaniyada olduğu kimi niyə ayda 40, 50 və ya hətta 170 avro ödəyirsiniz? Bunu pulsuz edə bilərsiniz. Mənə deyirlər ki, yalnız birinci ayı və ya günü pulsuz göstərəcəksiniz, sonra yenə də pul tələb edəcəksiniz.
Yox. Bütün matçlar pulsuz olacaq. Və əbədi olaraq”, -Laqrari vəd verib.
Avropa Ədalət Məhkəməsinin UEFA-nın turnirə qatılmaq istəyən komandalara sanksiya tətbiq etməsini qadağan etməsindən sonra Super Liqa debüt mövsümünü 2025-ci ildə keçirməyi planlaşdırır.
Aut.az
