O, bunu unutmamışdı – Montoya Hemilton-Ferstappen rəqabəti haqda
Keçmiş Formula 1 pilotu Xuan Pablo Montoya Avstriya Qran Prisində dünya çempionları Lyuis Hemilton və Maks Ferstappen arasındakı rəqabət barədə təəssüratlarını bölüşüb.
Aut.az xəbər verir ki, “GPblog” Montoyanın sözlərini sitat gətirib:
“Düşünürəm ki, bu, həqiqətən yaxşı bir yarış idi. Bəzən insanlar Maksla Lyuis arasında əvvəllər baş verənləri unudurlar. Amma Lyuis bunu unutmayıb. Əgər siz yarış sürücüsüsünüzsə və kimsə sizə bunu edibsə, siz bunu unutmursunuz. Və əgər sizə qarşılıq vermək imkanı yaranarsa, siz də bunu qəbul edəcəksiniz. Biz məhz bunu gördük. Bu, inanılmaz idi. Mən izlədim və sadəcə güldüm”.
Xatırladaq ki, onlar arasında mübarizə 11-ci dövrədə başlayıb. Ferstappen 3-cü döngədə Hemiltona daxili trayektoriyadan hücum etdi, lakin “Ferrari” pilotu krossover manevrini yerinə yetirərək növbəti döngədə ikinci yeri geri aldı. Mübarizə yan-yana davam etdi, bundan sonra 6-cı döngənin çıxışında Ferstappen özünü çınqıllı yolda tapdı və dərhal komandasına Hamiltona “açıq-aşkar cəza” veriləcəyini bildirdi.
Aut.az
