Daha “Alpha Tauri” olmayacaq – Yenə də dəyişdilər
“Red Bull”a məxsus Formula 1 komandası “Alpha Tauri” 2024-cü il mövsümü üçün ad dəyişikliyini elan edib.
Aut.az xəbər verir ki, indi komanda “Visa RB” (Visa Cash App RB) adlanacaq. Məşhur VISA ödəniş sistemi “Red Bull”la yeniyetmələrdən ibarət komandanın titul sponsorluğu ilə bağlı razılığa gəlib.
“Alpha Tauri” adı geyim markası ilə əlaqələndirilirdi. Komandanın 2024-cü il mövsümü üçün sürücüləri Daniel Rikkardo və Yuki Tsunoda olacaq.
Əvvəllər komanda “Toro Rosso” adlanırdı. Maks Ferstappen, Sebastyan Fettel, Karlos Sayns və digər məşhur sürücülər “Red Bull” sistemindən və onun yeniyetmələrdən ibarət komandasından keçiblər.
Aut.az
