“Sabah”ın futbolçusu Rusiya klubuna keçdi – Rəsmi
Mərkəz müdafiəçisi İqor Noqeyra “Sabah”dan “Rostov” a pulsuz transfer olunub.
Aut.az xəbər verir ki, bu barədə Rusiya klubunun mətbuat xidməti məlumat yayıb.
Futbolçu “sarı-göylər”lə iki illik müqavilə imzalayıb.
Ötən mövsüm 31 yaşlı braziliyalı “Sabah” da 35 oyun keçirib, 2 qol vurub və 7 sarı vərəqə alıb, çempion və Azərbaycan Kubokunun qalibi olub.
“Transfermarkt” Noqeyranın dəyərini 650 min avro olaraq qiymətləndirir.
Aut.az
