Məşhur futbolçuya 7 il həbs cəzası verildi
Niderland yığmasının sabiq futbolçusu David Mendes da Silva 7 il müddətinə azadlıqdan məhrum edilib.
Aut.az xəbər verir ki, Silva kokain alverində iştirak etdiyinə görə bu cəzaya layiq görülüb. 40 yaşlı Mendes da Silva Rotterdam məhkəməsi tərəfindən 74 və 105 kq olan iki partiya kokainin idxalına görə məhkum edilib.
O, həmçinin daha 1300 kq kokain idxal etməyə hazırlaşmaqda təqsirli bilinib.
Bundan əlavə, da Silva narkotik satmaqda və çatdırıcıya rüşvət verməkdə təqsirləndirilib. Keçmiş futbolçu 2022-ci ilin avqustunda həbs edilib.
Da Silva karyerası ərzində “Sparta Rotterdam”, Hollandiya çempionu olduğu “AZ Alkmaar” və “RB Salzburg” kimi klublarda çıxış edib. O, Hollandiya millisində 7 oyun keçirib. Karyerasını 2017-ci ildə başa vurub.

Aut.az
