İngiltərə

Premyer Liqanın ən güclüsü: Görün Reşford kimin adını çəkdi

“Mançester Yunayted”in hücumçusu Markus Reşford Premyer Liqanın ən güclü futbolçularının adını açıqlayıb.

“Hazırda Premyer Liqanın ən yaxşı oyunçusu kimdir? Keçən mövsüm Erlinq Haaland idi. Amma düşünürəm ki, əgər son dörd-beş ili götürsəniz, bu, yüz faiz De Bruynedir”, – Reşford “The Overlap” YouTube kanalında Qari Nevilə verdiyi müsahibədə deyib.

Haaland ötən mövsüm “Mançester Siti”nin heyətində bütün turnirlərdə 53 oyuna çıxıb, 52 qol vurub və 9 məhsuldar ötürmə verib.

De Bruyne “şəhərlilər”in heyətində 49 oyunda 10 qol vurub və 31 məhsuldar ötürmə edib.

Aut.az