“Arsenal”ın maraq göstərdiyi futbolçuya qiymət “kəsildi” – 150 milyon
“Aston Villa”nın yarımmüdafiəçisi Morqan Rocers klub tərəfindən 150 milyon avro dəyərində qiymətləndirilir.
Aut.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat verib. Onun sözlərinə görə, “Arsenal” transfer üzərində işləməyə davam edir və 23 yaşlı ingilisin nümayəndələri ilə danışıqlarda irəliləyiş əldə edib.
Mənbənin məlumatına görə, Birmingem klubu londonluların marağından xəbərdardır və oyunçu üçün qiymət təyin edib. “Arsenal” təzyiqi davam etdirmək, ya daha aşağı qiymət, ya da alternativ ödəniş strukturu axtarmaq niyyətindədir. Hələlik rəsmi təklif verilməyib, lakin tərəflər əlaqə saxlayırlar.
Rodcers ötən mövsüm 55 oyunda iştirak edib, 14 qol vurub və 11 məhsuldar ötürmə edib. Onun “Aston Villa” ilə müqaviləsi 2031-ci ilin yayına qədərdir. Rodcers hazırda İngiltərə millisinin heyətindədir.
Aut.az
