“Qızıl buts” uğrunda mübarizə: Lider kimdir?
Avropa ölkələrində çempionatlar davam edir və mövsümün bombardiri siyahısı dəyişib.
Aut.az xəbər verir ki, “Qızıl buts” reytinqinin lideri La Liqa mövsümündə 14 qol vuran (reytinqdə 28 xal) “Barselona”nın polşalı hücumçusu Robert Levandovskidir.
İkinci yerdə Estoniya çempionatında “Nimme Kalyu” klubunun heyətində mövsümdə 28 qol vuran estoniyalı Aleks Tammdır (bu turnir yaz-payız sistemi üzrə keçirilir).
İlk 5-liyə həmçinin braziliyalı Reqinaldo Ramires (Latviyanın “Auda” klubu), Viktor Qyekeres (“Sportinq Lissabon”) və “Mançester Siti”nin hücumçusu Erlinq Haaland daxildir . Norveçli 12 qol vurub (24 xal).
“Qızıl buts” mükafatı ölkə çempionatlarının sonunda mövsümün bombardirinə verilir. Yarışın qaydalarına əsasən, Avropanın ən yaxşı 5 liqasında (İspaniya, İngiltərə, İtaliya, Almaniya, Fransa) vurulan qollar 2,0-a vurulur. UEFA reytinqində 6-21-ci yerləri tutan ölkələr üçün (Niderland, Portuqaliya, Belçika, Ukrayna və s.) əmsal 1,5-ə bərabər müəyyən edilib. Amma qalan liqalarda vurulan qollar (22-ci yerdə olan ölkədən) nominal dəyərlə hesablanır.
Aut.az
