Dünya futbolu

Növbəti 10 ildə “Qızıl top”u onlar alacaq- Süni intellekt açıqladı

“GiveMeSport” portalı süni intellektdən istifadə edərək, növbəti 10 “Ballon d’Or”qalibini proqnozlaşdırıb.

Aut.az xəbər verir ki, növbəti “Qızıl top”un qalibinin “Mançester Siti”nin futbolçusu Erlinq Haaland olacağı gözlənilir.

2026-cı ildə mükafat “Real”ın futbolçusu Kilian Mbappeyə verilməlidir. Superkompüter əfsanəvi argentinalı futbolçu Lionel Messinin hələ son sözünü demədiyini və 2027-ci ildə uğurlu çıxış edəcəyini proqnozlaşdırır.

“GiveMeSport”un istifadə etdiyi süni intilekt mükafatın 2028-ci ildə Mbappe, 2029-cu ildə Haalanda, 2030-cu ildə Cud Bellingemə, 2031-ci ildə Vinisius Juniora, 2032-ci ildə Rodriqoya, 2033-cü ildə Bukayo Sakay və 2034-cü ildə Eduardo Kamavinqaya veriləcəyini proqnozlaşdırır.