Top-5 liqa razılığa gəldi: Transfer pəncərəsi bu tarixdə bağlanacaq
La Liqa 2025/26 mövsümü başlamazdan əvvəl yay transfer pəncərəsini bağlamaq üçün digər böyük Avropa liqaları ilə razılığa gəlib.
Aut.az xəbər verir ki, bundan əvvəl Avropa klubları milli liqalarda mövcud qaydaların dəyişdirilməsi ilə bağlı razılaşma üzərində işləməyi xahiş etmişdilər. Bu barədə “The Times” yazır.
“La Liqa və digər aparıcı Avropa liqaları 2025-ci ilin transfer pəncərəsinin bağlanma tarixi ilə bağlı razılığa gəliblər”. – deyə məlumatda bildirilir.
“The Times”ın məlumatına görə, yay transfer pəncərəsi artıq avqustun 15-də bağlanacaq. Beləliklə, transferlər La Liqa, Premyer Liqa, Budensliqa, Liqa 1 və A Seriyası daxil olmaqla, Avropanın ən yaxşı beş yerli liqası başlamazdan əvvəl bağlanacaq.
Mövsümlərarası fasilədə hər hansı dəyişikliklə bağlı plan yoxdur. Qışda transfer pəncərəsi 2025-ci ildə yanvarın 2-də açılacaq və fevralın 3-də bağlanacaq.
Aut.az
