“Yuve” onunla dil tapa bilmir: “Yunayted” “səngər”dən çıxdı
“Mançester Yunayted” “Yuventus”un 24 yaşlı hücumçusu Duşan Vlahoviçlə maraqlanır.
Aut.az xəbər verir ki, bu barədə “Football Insider” məlumat yayıb.
Mənbənin sözlərinə görə, serbiyalı futbolçu Turin klubu ilə müqavilənin uzadılması ilə bağlı razılığa gələ bilmir ki, bu da Vlahoviçin orada uzun müddət qalmasını şübhə altına alır. “Qırmızı şeytanlar” yay transfer pəncərəsində yeni hücumçu almağa hazırlaşır.
Bu mövsüm Vlahoviç bütün yarışlarda 18 matçda iştirak edib, 10 qol vurub və iki məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 65 milyon avrodur.
Aut.az
