İngiltərə

Runidən Keynə çağırış: Bu komandaya keç, o rekorda yaxınsan

 İngiltərə millisinin keçmiş bombardiri, “Mançester Yunayted”in hücumçusu Ueyn Runi, İngiltərənin bütün zamanların ən yaxşı bombardiri Harri Keyni “Bayern”dən “Mançester”ə keçməyə çağırıb.

Bu yaxınlarda “Barselona”nın 32 yaşlı hücumçunu transfer etmək istədiyi barədə məlumatlar yayılıb.

Aut.az xəbər verir ki, Runi BBC podkastında deyib:

“Düşünürəm ki, hamı onunla maraqlanardı. Dinlə, əgər Harri Keyn “Bayern”də qalmasa, mən onun “Mançester Yunayted” ə getməsini çox istərdim.

Əgər bunu eşidirsənsə, Harri, sən Alan Şirerin rekorduna yaxınsan… “Mançester Yunayted”i yenidən zirvəyə qaldırmağa kömək et!

Keyn Bundesliqanı qazandı, deyək ki, “Barselona”ya gedib La Liqanı da qazandı … Amma ürəyinin dərinliyində Premyer Liqanı qazanmaq istəyir.

Təsəvvür edin ki, Harri ” Mançester Yunayted”ə gəlir və klubun yenidən liqanı qazanmasına kömək edir”.

Keyn Premyer Liqa tarixində Alan Şirerdən (260) sonra ikinci ən çox qol vuran oyunçudur (213 qol).

Aut.az