İngiltərəİspaniya

Kinoya çəkilmək istəyir – Görün hansı rolu arzulayır

“Real Madrid”in yarımmüdafiəçisi Cud Bellinqem futboldan kənarda nə ilə məşğul olmaq istədiyini bildirib.

Aut.az xəbər verir ki, “Madrid Zone” Bellinqemdən sitat gətirib:

“Mən filmdə çəkilmək istəyirəm. Məsələn, Ceyms Bond filminin sonunda çəkilməyi çox istərdim. Bütün Bond filmlərini, Şon Konneri, Rocer Muru, hamısını izləmişəm. Ceyms Bondu sevirəm.

Ceyms Bond rolunu oynamaq? Ceyms Bond olmaq istərdim, amma əvvəlcə aktyorluğu öyrənməliyəm”.

Cud Bellinqem 2025/26 mövsümündə “Real Madrid”də bütün yarışlarda 40 oyun keçirib, səkkiz qol vurub və beş məhsuldar ötürmə edib. Onun Madrid klubu ilə müqaviləsi 30 iyun 2029-cu ilə qədərdir.

Aut.az